Regional İnkişaf - RİİB

25 days ago

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə hər il dünyada 1 milyondan cox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi qeydə alınır.
Oktyabr ayı bütün dünyada süd vəzi xərçənginə qarşı mübarizə və maarifləndirmə ayı kimi qeyd olunur. Bu məqsədlə “Regional İnkişaf” İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə “Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyəti çərçivəsində ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək, qadınlara vaxtında müayinələrdən keçməyə çağırış etmək üçün paytaxt və regionlarda aksiya keçirilib. Aksiyada RİİB könüllüləri tərəfindən sakinlərinə süd vəzi xəçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edən maarifləndirici materiallar, eləcə də xəstəliyin rəmzi olan çəhrayı rəngli lentlər paylanılıb. 
Aksiyanın sonunda 500-dən çox gəncin iştirakı ilə Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında fləşmob təşkil olunub.
@hamilelikdeinkishaf @qadinsaglamliqmerkezi #regionalinkishaf #HİP #hamilelikdeinkishaf #herkesbilsinheyatdavametsin
#xerçenglemubarize #sudvezixercengi #breastcancer #breastcancerawareness