heydaraliyevcenter on Instagram

Heydar Aliyev Center

Heydər Əliyev Mərkəzinin rəsmi Instagram səhifəsi /Official Instagram account of the Heydar Aliyev Center #heydaraliyevcenter @heydaraliyevcenter

Similar users See full size profile picture

Report inappropriate content

@heydaraliyevcenter photos and videos

Heydər Əliyev Mərkəzinin parkı şəhər sakinləri və qonaqların asudə vaxtlarını səmərəli, maraqlı və əyləncəli keçirmək üçün ən çox üz tutduqları məkanlardan biridir. Burada, həmçinin sərgilər, konsertlər və s. tədbirlər təşkil edilir. Hazırda Mərkəzin parkında məşhur "Cracking Art" heykəlləri və tanınmış fotoqraf Reza Deqatinin “Bəşəriyyət. Vizual səyahətə dəvət” adlə sərgisi nümayiş olunur. #heydaraliyevcenter #Baku #Azerbaijan #park #exhibition

1

Müxtəlif tərzdə, fərqli modeldə 60-dək nadir avtomobil bir arada – Heydər Əliyev Mərkəzində nümayiş olunan Klassik avtomobil sərgisində! Bu unikal eksponatların hər biri tarixin bir parçasıdır. Ziyarətçilər sərgini izləməklə, nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olurlar. #heydaraliyevcenter #Baku #Azerbaijan #exhibition

2

Heydər Əliyev Mərkəzinin daimi eskpozisiyasında dünyanın məşhur rəssam və heykəltəraşlarının əsərləri nümayiş olunur. Burada Yayoi Kusama, Aniş Kapur, Mariko Mori, Jaume Plensa, Xorxe Marin və Toni Kreqqin əsərləri ilə tanış olmaq olar. #heydaraliyevcenter #Baku #Azerbaijan

1

Heydər Əliyev Mərkəzində daimi olaraq Heydər Əliyev Muzeyi, "Mini Azərbaycan", "Azərbaycan inciləri: tarixin axarında" sərgiləri fəaliyyət göstərir. Hazırda Mərkəzdə, həmçinin klassik avtomobil, "Kukla incəsənətdə", "Moda məkanı", "Əbədiyyət xəzinəsi", "Live Life", "Hürufilik: incəsənət və identiklik", "Hiperrealistik heykəltəraşlıq: canlıdan seçilmir", Brayn İnonun "77 milyon rəsm əsəri" sərgiləri nümayiş olunur. Mərkəzin parkında "Cracking Art" heykəlləri və tanınmış fotoqraf Reza Deqatinin əsərlərindən ibarət “Bəşəriyyət. Vizual səyahətə dəvət” sərgisi ilə tanış olmaq olar. #heydaraliyevcenter #Baku #Azerbaijan #exhibition

4

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri üçün növbəti şənlik proqramı təşkil edib. Xətai rayonundakı idman-əyləncə park kompleksində təşkil olunan budəfəki əyləncə Yeni il bayramı ərəfəsinə təsadüf edib. #heydaraliyevfoundationoffical #heydaraliyevcenter #Azerbaijan #Baku #Toplan

35

12

3

Heydər Əliyev Mərkəzindəki muzey və sərgilər bazar ertəsindən başqa hər gün işləyir. Kassa çərşənbə axşamları - cümə günləri saat 11.00-dan 18.00-dək, şənbə-bazar günləri saat 17.00-dək açıq olur. Sərgi zalları isə çərşənbə axşamları - cümə günləri saat 11.00-dan 19.00-dək, şənbə-bazar günləri saat 18.00-dək işləyir. #heydaraliyevcenter #Baku #Azerbaijan

3

Azərbaycan xalqının böyük sərkərdəsi və şairi Şah İsmayıl Xətainin və oğlu Şah Təhmasibin orijinal portretləri ilk dəfə Azərbaycanda! Kristofano Dell’Altissimonun müəllifi olduğu və Florensiyanın Uffizi qalereyasında qorunan portretlər Heydər Əliyev Mərkəzindəki “Əbədiyyət xəzinəsi” sərgisində nümayiş olunur. #heydaraliyevcenter #Baku #Azerbaijan

4

Heydər Əliyev Mərkəzinin daimi sərgisi olaraq fəaliyyət göstərən “Azərbaycan inciləri: tarixin axarında” sərgisində ölkənin mədəniyyətini, milli-mənəvi sərvətlərini, ənənələrini əks etdirən eksponatlar nümayiş olunur. Ekspozisiyada Mezolit, Tunc dövrünə aid Qobustan qayaüstü rəsmlərindən nümunələr, e.ə. III-I minilliklərə aid arxeoloji tapıntılar, qədim silahlar, misgərlik və zərgərlik məmulatları, milli geyimlər, xalçalar və musiqi alətləri ilə tanış olmaq olar. Sərgi, həmçinin Azərbaycanın unikal tolerantlıq və multikulturalizm ənənələrini nümayiş etdirir. Burada müxtəlif dinlərin müqəddəs kitablarınin qədim nüsxələri təqdim olunur. #heydaraliyevcenter #Baku #Azerbaijan

2

Heydər Əliyev Mərkəzinin yaradılması ideyası ümummilli lider Heydər Əliyevin həyatının, onun irsinin, dövlətçilik fəlsəfəsinin, Azərbaycanın tarixi və mədəniyyətinin dərindən öyrənilməsi və bu ideyaların vahid bir mərkəzdən sistemli şəkildə istiqamətlənməsinə, geniş təbliğ olunmasına, ölkələr və xalqlar arasında dialoq mərkəzi rolunu oynamasına yönəlib. #heydaraliyevcenter #Baku #Azerbaijan

3

“Mənim həyatım ən gənc vaxtlarımdan Azərbaycan xalqının taleyi ilə bağlıdır, Azərbaycana həsr olunubdur”. Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev Muzeyinin dizayn konsepsiyasının əsasını ulu öndərin bu sözlərində ifadə olunan fikir təşkil edir. Mərkəzdəki muzey 2013-cü il mayın 9-dan fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin ömür yolu ilə Azərbaycan xalqının taleyi arasında bağlılıq və ulu öndərin Azərbaycan tarixində oynadığı müstəsna rol muzeydə paralel şəkildə çatdırılır. #heydaraliyevcenter #Azerbaijan #Baku #HeydərƏliyev #Azərbaycan

5

Arşınmalçı Bağır, Nisə xala, Pikə xala, Hacıağa baba və Xanımana nənə... "Kukla incəsənətdə" sərgisində nümayiş olunan bu eksponatların prototipləri qədim İçərişəhərin sakinləridir. İçərişəhərin simalarını canlandıran kuklalar bu qədim şəhərin ruhunu duymağa imkan verir. Sərgidə, həmçinin geyim tarixi, yumoristik obrazlar, bayram simaları, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. #heydaraliyevcenter #Baku #Azerbaijan #exhibition #artdoll

3

#heydaraliyevcenter #Azerbaijan #Baku #Azərbaycan #HeydərƏliyev

7

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub. Bəzək əşyaları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax bölgəsində apardığı arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində 52 ədəd qızıl məmulatı - yüksək ustalıqla hazırlanmış bir cüt sırğa, üzük, yarpaqşəkilli və boruşəkilli muncuqlar, asma bəzək əşyaları tapılıb. Eksponatlar Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək. #heydaraliyevcenter #Azerbaijan #Baku #exhibition #culture

1
Next »